USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeddi ayda hər bir sakin 476,1 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib

19.08.2018 İqtisadiyyat
0 0
Bu ilin yanvar-iyul aylarında ölkə əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,6 faiz artaraq 4 milyard 665,5 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən "Kommersant.az"a bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 429,1 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 73,5 faizini təşkil edib.
Yeddi ayda hər bir sakin orta hesabla 476,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 18,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.