USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Kommersant.az"-ın əməkdaşı mükafata layiq görüldü

20.08.2018 İqtisadiyyat
0 0
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC növbəti dəfə maraqlı aksiya keçirib.

"Kommersant.az" xəbər verir ki, "Azərpoçt" MMC-nin əməkdaşları 19 avqust Beynəlxalq Fotoqraflar Günü münasibətilə paytaxt Bakının müxtəlif yerlərində açıq havada və şəxsi foto studiyalarda çalışan fotoqrafları hədiyyələrlə təbrik edib.

Aksiya münasibətilə fotoqraflara təqdim edilən hədiyyələr içərisində müasir poçt rabitəsinin 200 illik tarixini özündə əks etdirən fotoalbom da yer alıb.

Mükafatlandırılanlar arasında "Kommersant.az" maliyyə portalının əməkdaşı Valeh Arifoğlu da yer alıb.

Öz fotoaparatları ilə tarixi yaddaşlara yazan fotoqrafları bu dəfə "Azərpoçt" MMC-nin obyektivi lentə alıb.

Qeyd edək ki,19 Avqust - Beynəlxalq Fotoqraflar Günü avstraliyalı fotoqraf Korske Aranın təşəbbüsü ilə təsis edilib. Fotoqrafiyanın prototipi olan üsul geniş ictimaiyyətə 1839-cu il məhz avqust ayının 19-da təqdim olunduğu üçün bu gün əlamətdar tarix kimi qeyd edilir.

  • Əvvəlki

    BirKart-la taksitli alış-veriş et, 50 AZN qazan!

Digər xəbərlər