Ucar rayonunun pambıqçıları məhsul yığımına hazırlaşırlar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə 2500 hektarda "ağ qızıl" yetişdirən pambıqçılar sentyabrın əvvəllərindən tarlalara çıxacaq, ağır zəhmət bahasına yetişdirdikləri məhsulu son qozasınadək, itkisiz yığıb qəbul məntəqələrinə təhvil verəcəklər.
Qeyd edək ki, yetişdirilən məhsulun 80 faizinin pambıqyığan maşınlarla, qalan 20 faizinin isə əl ilə yığılması nəzərdə tutulub. Bu məqsədlə ilkin olaraq 3 ədəd pambıqyığan maşın hazır vəziyyətə gətirilib. Əl ilə yığımda isə 350-400 nəfər işçi qüvvəsi səfərbər olunacaq.
Cari mövsümdə rayonun demək olar ki, bütün ərazilərində, xüsusilə daha çox pambıq əkilən Bərgüşad, Şahlıq, Lək, Xələc və bir sıra digər ərazi vahidlərində fermerlər, eləcə də fiziki şəxslər sahələrdən bol məhsul gözləyirlər.