USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qurban bayramı ilə əlaqədar satış yarmarkalarına 35 minə yaxın heyvan çıxarılacaq

20.08.2018 İqtisadiyyat
0 0
Qurban bayramı ilə əlaqədar avqustun 21-dən 23-dək Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxtda və bölgələrdə keçiriləcək iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkasına 35 minə yaxın heyvan çıxarılması nəzərdə tutulub. Həmçinin bazarda bolluq yaratmaq, qiymətləri sabitləşdirmək üçün qonşu ölkələrdən, əsasən də Gürcüstandan 20 min baş heyvan gətirilib.

"Kommersant.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib.
Yarmarkaların Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi məntəqələrdə təşkil olunacağını deyən V.Hüseynov bildirib ki, Bakıda 32 yerdə, həmçinin Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay və İsmayıllıda satış yarmarkaları açılacaq.
"Bundan başqa nazirlik bölgələrdə çalışan fermerlərə də müraciət edib. Onlar yarmarkalara, ümumilikdə, 13 min baş heyvan çıxaracaqlar", - deyən V.Hüseynov diqqətə çatdırıb ki, fermerlər də heyvanları satış yarmarkalarına gətirib sata bilərlər. Nazirlik bunu dəstəkləyir.
Yarmarkalara nazirliyin tabeliyindəki təsərrüfatlardan isə təxminən 1000-1500 baş iri və xırdabuynuzlu heyvan çıxarılacaq.
"Tövsiyə edirik ki, fermerlər damazlıq keyfiyyəti olan yerli və xaricdən gətirilmiş cins heyvanları qurbanlıq heyvan kimi bazara çıxarmasınlar", – deyə Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini bildirib.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlayıb.

  • Əvvəlki

    Azərbaycana idxal olunan telefonlar üçün rüsumları buradan öyrənin

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0