USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Nokia"nın nümayəndəliyinə azərbaycanlı rəhbərlik edəcək

21.08.2018 İqtisadiyyat
0 0
Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin sabiq müavini Rəşid İsmayılov "Nokia" korporasiyasının Rusiyadakı nümayəndəliyinin baş direktoru olacaq.

R.İsmayılov bundan əvvəl korporasiyanın Şərqi Avropadakı xidmət bölməsinə rəhbərlik edib.

Bununla yanaşı, o, 2019-cu ilin mayınadək Beynəlxalq Elektrik Rabitəsi İttifaqının Şura sədri vəzifəsində çalışmağa davam edəcək.

Qeyd edək ki, R.İsmayılov 1998-ci ildən "Ericsson", "Nokia", "Huawei Technologies" kimi iri İT şirkətlərində müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildən 2018-ci ilin iyulunadək isə Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyində işləyib.

© Trend