USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət Məşğulluq Xidməti 30 milyon manatlıq müqavilələr bağlayıb

21.08.2018 İqtisadiyyat
0 0
Dövlət Məşğulluq Xidməti Özünəməşğulluq tədbirlərinin təşkili çərçivəsində bir neçə müqavilə bağlayıb.

"Kommersant.az" xəbər verir ki, Xidmət İyulun 31-də "Parlar Ting A.T." MMC ilə 1 milyon 180 min 497 manatlıq müqavilə imzalayıb. Bu müqavilə İşsiz kimi qeydiyyata alınmış şəhid ailəsi üzvlərinin, əlilliyi olan şəxslərin və aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin məşğulluğunu təmin etməklə onların sosial müdafiəsinə nail olunması məqsədilə "Sosial bağlar" laihəsinin həyata keçirilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi arasında 2018-ci il 16 iyul tarixdə bağlanmış Memorandum çərçivəsində təsərrüfatların yaradılması, nəzərdə tutulmuş müddətdə iştirakçılara təhvil verilməsi və digər xidmətlərin satın alınmasını nəzərdə tutur.

Dövlət Məşğulluq Xidməti Avqustun 3-də isə "Aqri Kon" MMC və "Bis Co" MMC konsorsiumunun aparıcı təşkilatı olan "Aqri Kon" MMC ilə 19 milyon 225 min 246 manatlıq müqavilə imzalayıb. Bu müqavilə Özünəməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satın alınmasını nəzərdə tutur.

Xidmət Avqustun 10-da isə "Aznest" MMC və "SRS Consulting" MMC konsorsiumu ilə 9 milyon 894 min 358 manatlıq müqavilə bağlayıb. Müqavilə, Özünəməşğulluq tədbirlərinin təşkili çərçivəsində əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan iş və xidmətlər, eləcə də istehsalat mallarının alınmasını nəzərdə tutur.

3 müqavilənin cəmi dəyəri 30 milyon 300 min manatdır.

(c) Marja

  • Əvvəlki

    Valyuta hərracı başa çatdı - MƏZƏNNƏ

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0