ABŞ Prezidenti Donald Tramp ABŞ Mərkəzi Bankının sədri Cerome Pauelli tənqid etməkdə davam edir. Tramp "Reuters"ə verdiyi bir müsahibəsində Pauelldən çox razı olmadığını, Fed-dən daha çox dəstək istədiyini bildirib.
"Kommersant.az" xəbər verir ki, Tramp, Fed faiz dərəcələrini yüksəltməyə davam etdirərsə, Fed-i tənqid etməyə davam edəcəyini qeyd edib.
Tramp Fed-in faiz artırmasından məmnun olmadığını daha əvvəl də dilə gətirmiş, "İqtisadiyyat üçün biz bu qədər iş görürük. Belə bir vaxtda faizlərin yüksəldildiyini görməkdən məmnun deyiləm" ifadələrini işlətmişdi.
Fed Tramp vəzifəsinin icrasına başladığı 2017-ci ilin Yanvar ayından bu yana 5 dəfə faiz artırıb.
Trampın açıqlamalarından sonra Dollar ucuzlaşıb. Bakı vaxtı ilə saat 11:56-da Avro/Dollar məzənnəsi 1.1516 səviyyəsinə qalxıb (Avro bahalaşıb, Dollar ucuzlaşıb)