ABŞ Rusiya şirkətlərinin Alyaska ştatındakı neft-qaz hasilatı layihələrində iştirakında maraqlıdır.
"Kommersant.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ştatın Ankoric şəhərində keçirilən Rusiya-Amerika Sakit Okean Tərəfdaşlıq Təşkilatının 23-cü iclasında bildirilib.
İclasda həmçinin qeyd olunub, hazırda Rusiyanın "Saxalin-1" və Tyumen vilayətindəki neft-emalı müəssisələri layihələrində iştirak edən şirkətlər Alyaskada da çalışa bilər. ABŞ-ın Alyaskada neft və qazı hasilatı üçün xüsusi ilə buzqıran gəmilərə ehtiyacı var, lakin sanksiyalara görə bu sahədə əməkdaşlığı genişləndirmək hələ ki, mümkün deyil.