USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib

21.08.2018 İqtisadiyyat
0 0
Avqustun 21-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovsu qəbul edib.

Nazirlikdən "Kommersant.az"a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Latviya arasında ətraf mühit sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.