USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitkoin ucuzlaşdı

22.08.2018 İqtisadiyyat
0 0
Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşıb.

"Kommersant.az"ın Trend-ə istinadən məlumatına görə, bitkoin 6,3 min dollar ətrafında alınıb satılır.
"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 2,38% azalaraq 6,34 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti də ucuzlaşıb. Belə ki, "Ethereum" 7,58% və ya 278,14 dollaradək, "Ripple" 4,74% (0,3275 dollara qədər), "Bitcoin Cash" isə 7,78% (522,24 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 207 milyard dollar təşkil edir və bunun 52,7% faizi bitkoinin payına düşür.