USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Növbəti sammitin keçiriləcəyi ölkə məlum oldu

22.08.2018 İqtisadiyyat
0 0
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) növbəti sammiti üçillik fasilədən sonra bu il sentyabrın 3-də Qırğız Respublikasında keçiriləcək.

"Kommersant.az" xəbər verir ki, bu məlumatı "İnterfaks" yayıb. Məlumata görə, bu barədə jurnalistlərə Qırğız Respublikasının Prezidenti Aparatının Xarici siyasət şöbəsinin müdiri Daniyar Sıdıkov bildirib.

"Sentybarın 3-də Çolpon-Ata şəhərində (İssık-Kul vilayəti) TDƏŞ-in altıncı sammiti keçiriləcək. Sammit üçillik fasilədən sonra baş tutacaq, görüşün məhsuldar olacağını gözləyirik. Artıq tərəflərin hamısı iştiraklarını təsdiqləyiblər. Tədbirdə həmçinin Özbəkistan prezidenti Şavkat Mirziyoyev Macarıstanın baş naziri Viktor Orban da iştirak edəcək", - D.Sıdıkov deyib.

Onun sözlərinə görə, sammit inteqrasiya prosesləri və türkdilli mədəniyyətin təbliğinə dəstək məqsədi daşıyır. Sammit çərçivəsində təşkilata sədrlik Qazaxıstandan Qırğız Respublikasına keçəcək.

Qeyd edək ki, TDƏŞ-ə Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Türkiyə və (2018-ci ilin aprel ayının sonlarından etibarən) Özbəkistan daxildir. Türkmənistan isə Türk Şurasında müşahidəçi statusuna malikdir.

TDƏŞ-in son sammiti 2015-ci ildə Astanada keçirilib.

Report