USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlin ən çox pul ödənilən qadını - FORBES AÇIQLADI

22.08.2018 İqtisadiyyat
0 0
“Forbes” jurnalının tərtib etdiyi siyahıda rusiyalı tennisçi Mariya Şarapovanın adı 2018-ci ildə dünyanın ən çox pul ödənilən qadın idmançılarının onluğuna daxil edilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb. Bu il 10,5 milyon dollar qazanmış rusiyalı idmançı onluqda beşinci yerdədir.

Reytinqdə ilk yeri ABŞ tennisçisi Serena Uilyams saxlamardadır. O, bu il 18,1 milyon dollar qazanıb. Siyahıda 2-4-cü yerlərdə müvafiq olaraq tennisçilər Karolin Voznyatski (Danimarka, 13 milyon dollar), Sloan Stivens (ABŞ, 11,2 milyon dollar) və Qarbinye Muqurusa (İspaniya, 11 milyon dollar) qərarlaşıb. Habelə 6-9-cu yerlərdə müvafiq olaraq tennisçi Vinus Uilyams (ABŞ, 10,2 milyon dollar), badmintonçu Pusarla Venkata Sindxu (Hindistan, 8,5 milyon dollar), tennisçi Simona Xalep (Rumıniya, 7,7 milyon dollar), avtomobil yürüşçüsü Danika Patrik (ABŞ, 7,5 milyon dollar) qərarlaşıb. Siyahını tennisçi Angelik Kerber (Almaniya, 7 milyon dollar) tamamlayır.

AZƏRTAC