USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qurban kəsiminə 70 baytar nəzarət edir - AÇIQLAMA

22.08.2018 İqtisadiyyat
0 0
"QidaTəhlükəsizliyi Agentliyinin 70 baytar həkimi Bakıda qurbanlıq heyvanların kəsildiyi 33 məntəqəyə nəzarət edir".

"Kommersant.az" xəbər verir ki, bunu mediaya açıqlamasında Agentliyin Mətbuat xidmətinin rəhbəri Mansur Piriyev deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurumun əməkdaşları heyvanların ilkin müayinəsi üçün lazım olan bütün avadanlıqlar, eləcə də laborator maşınlarla təmin olunub: "Baytar həkimləri kəsimdən əvvəl heyvanları yoxlayıb, onların kəsim üçün uyğun olub-olmadığını müəyyən edirlər. Nöqsanlı hal aşkar edilərsə, heyvanlar kəsimdən uzaqlaşdırılır. Hələ ki, belə hala rast gəlinməyib".

M.Piriyev həmçinin deyib ki, Agentliyin əməkdaşları stasionar ət kəsimi məntəqələri ilə yanaşı, rayon icra hakimiyyətlərinin təşkil etdikləri məntəqələrə də ezam olunublar.

Report