USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ukrayna Valyuta Fondundan yardım istəyəcək

22.08.2018 İqtisadiyyat
0 0
Ukrayna Beynəlxalq Valyuta Fondundan (IMF) əlavə 10 mlrd. ABŞ dolları məbləğində yardım istəyəcək.

"Kommersant.az" Reporta istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna mediası yayıb.

Məlumatda deyilir ki, gələn ay IMF-nin missiyası Kiyevə səfər edəcək və tərəflər Ukraynaya növbəti yardım proqram barədə müzakirələr aparacaq. Bununla bağlı qərarın 2019-ci ili mart ayından, yəni hazırda qüvvədə olan yardım proqramının icrası başa çatdıqdan sonra qəbul ediləcəyi gözlənilir.

Xatırladaq ki, indiki proqram çərçivəsində Ukrayna IMF-dən 8,7 mlrd. dollar yardım alıb.