USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyanın ən bahalı şəhərləri

24.08.2018 İqtisadiyyat
0 0
Türkiyə Otelçilər Birliyi “STR Global” araşdırma və təhlil şirkətinin yay aylarında bütün növ otel nömrələrinin qiymətlərinə dair məlumatları əsasında dünyanın ən bahalı şəhərlərinin reytinqini müəyyənləşdirib.

"Kommersant.az" AZƏRTAC-a istinadla xəbər verir ki, ən bahalı şəhərlərin reytinq cədvəlində ilk 20 yerdə qərarlaşan şəhərlərin çoxu Avropa ölkələrindədir. Bu göstəriciyə görə, ilk üç yeri müvafiq olaraq Paris, Təl-Əviv və Nyu-York şəhərləri tutur. Fransa paytaxtı günlük orta hesabla 263 avroya çatan otel qiymətləri ilə dünyanın bahalı şəhəri statusunu qazanıb. Otel otaqlarının orta qiyməti 239 avro olan Təl-Əviv siyahıda ikincidir. Üçüncü pillədə yer alan Nyu-York şəhərində isə qiymətlər 236 avro təşkil edir. Reytinqdə İsveçrənin ən böyük şəhəri Sürix 216 avro ilə dördüncü, Cenevrə isə 215 avro ilə beşinci sırada qərarlaşır. İlk onluğa, həmçinin Roma (182 avro), London (181 avro), Kopenhagen (179 avro), Amsterdam (178 avro) və Dublin (168 avro) şəhərləri daxildir.

  • Əvvəlki

    "Google" elektron məktubların silinməsi funksiyasını təqdim edib

Digər xəbərlər