USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ rəsmisi "Şimal axını-2"yə alternativ axtarmağa çağırıb

24.08.2018 İqtisadiyyat
0 0
ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin əhəmiyyətindən danışıb.

"Kommersant.az"ın "Report"a istinadən verdiyi xəbərə görə, Kiyevdə brifinqdə danışan C.Bolton deyib ki, Avropa "Şimali axın-2" qaz kəməri ilə özünü Rusiya enerji daşıyıcılarının idxalından daha da asılı edir və bunu "könüllü olaraq edir". O, həmçinin "Şimali axın-2" layihəsinin tamamlaması ilə Ukraynanın "riskli zonaya" düşəcəyini vurğulayıb. Müşavir qeyd edib ki, bu mənada Ukrayna və Avropa üçün alternativ çıxış əlavə mənbələrin axtarışı ola bilər. Bu müstəvidə C.Bolton Trans Adriatik Boru Kəmərindən danışıb və bildirib ki, bu layihə Azərbaycandan mavi yanacağın İtaliyaya çatdırılmasını təmin etməkdə kömək edəcək.

  • Əvvəlki

    Smartfonlar öz populyarlığını itirməyə başlayıb

Digər xəbərlər