USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-dan Rusiyaya yeni sanksiya

24.08.2018 İqtisadiyyat
0 0
ABŞ-ın Rusiyaya qarşı daha əvvəl elan etdiyi sanksiyalar kreditlərin verilməsini, silah və ikili təyinatlı malların ixracını qadağan edir.

"Kommersant.az" "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətinin rəsmi nəşr orqanı olan Federal Qeydiyyatda yerləşdirilən sənəddə deyilir. Sanksiyaların avqustun 27-də qüvvəyə minəcəyi gözlənilir. Sanksiyalara əsasən, 1961-ci ilin xarici yardımlar qanununa müvafiq olaraq, ABŞ-ın Rusiyaya təcili humanitar yardım, ərzaq və digər kənd təsərrüfatı məhsullarından savayı, hər cür yardımı dayandırılmalıdır. Həmçinin ABŞ Dövlət Departamenti Rusiya dövlət şirkətlərinə kosmosda əməkdaşlıq və kommersiya məqsədli kosmik raket buraxılışları, eləcə də mülki aviasiya uçuşlarının təhlükəsizliyini təmin etmək üçün zəruri olan malların ixracı istisna olmaqla, ABŞ-ın silah və ikili təyinatlı mallarını ixrac etmək üçün lisenziya verməyəcək.

  • Əvvəlki

    ABŞ rəsmisi "Şimal axını-2"yə alternativ axtarmağa çağırıb

Digər xəbərlər