USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İstirahət günlərinin hava proqnozu

24.08.2018 İqtisadiyyat
0 0
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Kommersant.az"a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edənlərin nəzərinə çatdırırıq ki, bu bölgədə əsasən yağmursuz hava şəraiti üstünlük təşkil etsə də, avqustun 25-26-da səhər saatlarında əsasən dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda 21-26 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsinə üz tutanları əsasən yağmursuz hava şəraiti gözləsə də, avqustun 26-da səhər qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 29-34, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək. Aran rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 32-37 dərəcə isti olacaq. Naxçıvan MR-da hava şəraitinin yağmursuz olacağı gözlənilir. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək. Paytaxt qonaqlarının isə nəzərinə çatdırırılır ki, avqustun 25-26-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.

  • Əvvəlki

    ABŞ-dan Rusiyaya yeni sanksiya

Digər xəbərlər