USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət Komitəsinin əməkdaşları Cocuq Mərcanlıda sakinlərlə görüşüblər

24.08.2018 İqtisadiyyat
0 0
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları Qurban bayramını Cocuq Mərcanlıda sakinlərlə birgə qeyd ediblər.

Komitədən "Kommersant.az"a verilən məlumata görə, öncə Füzuli rayonunun ərazisində Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, şəhidlərin ruhuna ehtiram ifadə edilib.
Daha sonra Cocuq Mərcanlı kəndində məktəblilərlə görüş keçirilib. Görüş klub-icma mərkəzində davam edib. Sonra Komitə əməkdaşları, Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndələri, Aprel döyüşlərində həlak olmuş şəhidlərimizin ailə üzvləri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin nümayəndələri Cocuq Mərcanlı kəndində inşa edilən Şuşa məscidinin bənzəri olan məscidə baş çəkiblər. Burada kəsilmiş qurban ətindən ehsan verilib, şəhidlərin ruhuna dualar oxunub.
Sonda kənd sakinlərinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hədiyyələr və qurban payı verilib.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər

  • Əvvəlki

    İlham Əliyev “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nı təsdiqləyib

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0