USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ fələstinlilərə ayrılan pulu geri götürüb

25.08.2018 İqtisadiyyat
0 0
ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinə İordan çayının Qərb sahili və Qəzza zolağında iqtisadi və humanitar layihələr üçün ayrılmış 200 milyon dollardan çox vəsaiti digər məqsədlərə "yönəltmək" tapşırığı verib.

"Kommersant.az" "Report"a istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Amerikanın xarici siyasət idarəsində qeyd ediblər ki, vəsait "daha prioritet layihələr"ə sərf olunacaq. Bildirilir ki, bu qərarın qəbul edilməsinə Qəzza zolağındakı vəziyyət səbəb olub. Burada HƏMAS hərəkatı "insanların həyatını təhlükə altına atır və humanitar və iqtisadi vəziyyəti pisləşdirir".