USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Abituriyentlərin nəzərinə

25.08.2018 İqtisadiyyat
0 0
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunmuş abituriyentlərin sənədlərinin qəbulu davam edir. Qeydiyyat avqustun 28-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək aparılacaq.

"Kommersant.az"ın məlumatına görə, İnstitutdan AZƏRTAC-a bildiriblər ki, boş qalan yerlərə qəbul olunan abituriyentlərin sənəd qəbulu isə avqustun 24-dən sentyabrın 3-dək həyata keçiriləcək. Avqustun 23-ü və 24-ü müqəddəs Qurban bayramına təsadüf etdiyi üçün avqustun 25-də və 26-da (şənbə və bazar günləri) sənəd qəbulu davam edəcək. Bütün abituriyentlər qeyd olunan tarixlərdə sənədlərini Azərbaycan İlahiyyat İnstitutuna təqdim etməlidirlər. Abituriyentlər qeydiyyat zamanı aşağıdakı sənədləri təqdim etməlidirlər: 1.Tam orta təhsil haqqında sənədin (attestat) əsli və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli (Kollec və ya ali təhsil müəssisəsinin 2017-2018–ci tədris ili məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom); 2.Abituriyentin Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunması ilə bağlı DİM-in müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (DİM–in saytından çap edilir) (3 nüsxə); 3.Şəxsiyyət vəsiqəsinin əsli və surəti (3 nüsxə); 4.İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin əsli və surəti (oğlanlar üçün) – 3 nüsxə; 5.Tibbi (sağlamlıq haqqında) arayış (Forma 086); 6.Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə – 6 ədəd; 7.Həmçinin qeydiyyat zamanı tələbənin iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı (FİN) özündə olmalıdır. Sənəd qəbulu zamanı abituriyent ərizəsini təsdiqləmək üçün iş nömrəsini və şifrəsini təqdim etməklə mütləq elektron qeydiyyatdan keçməlidir. Sənədlərin qəbulu Yasamal rayonu Əhməd Cəmil küçəsi, 41A ünvanında (Bakı Dövlət Universitetinin keçmiş ilahiyyat fakültəsinin inzibati binasında) aparılacaq.