USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda orta illik inflyasiya 3,1 faizə enəcək

25.08.2018 İqtisadiyyat
0 0
Azərbaycanda orta illik inflyasiya qarşıdakı üç ildə azalaraq 2021-ci ildə 3,1 faizə enəcək.

Kommersant.az” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 24 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyada qeyd edilib.

2017-2021-ci illər üzrə əsas makroiqtisadi göstəricilərin proqnozuna əsasən, orta illik inflyasiya 2018-ci ildə 6,1%, 2019-cu ildə 4,7%, 2020-ci ildə 3,3% təşkil edəcək.

Qeyd edək ki, ötən il orta illik inflyasiya 12,9% olub.

(c) Report