USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın ümumi dövlət borcunun ÜDM-ə nisbətinin 20%-dən aşağı salınması hədəflənir

25.08.2018 İqtisadiyyat
0 0
2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30%-dən çox olmaması və 2025-ci ilədək 20%-dən aşağı salınması hədəfi gözləniləcək.

Kommersant.az” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 24 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyada qeyd edilib.

Eyni zamanda, ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbətinin 15%-dən aşağı olması hədəflənir.

Sənəddə qeyd edilib ki, Azərbaycanda dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın əsas məqsədləri Qarşıdan gələn strateji dövrdə (2018–2025-ci illər) dövlət borcunun idarə olunması sahəsində əsas məqsəd gələcək illər üçün dövlət borcunun dayanıqlığını təmin etməklə ÜDM-ə nisbətinin tədricən azaldılmasına nail olmaqdır: "Əsas strateji məqsələrdən biri həm ortamüddətli, həm də uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının ehtiyaclarını nəzərə almaqla dövlət borcunun dayanıqlığını təmin etməkdir".

Bildirilib ki, digər strateji məqsəd dövlətin digər mənbələrdən təmin oluna bilməyən maliyyə ehtiyaclarını ən az xərclə və aşağı risklərlə qarşılamaqdır: "Bu istiqamətdə 2025-ci ilədək xarici valyuta riskinin idarə olunan səviyyədə saxlanılması məqsədilə xarici valyuta nominallı borc öhdəliklərinin 87%-ə qədər azaldılması (mövcud portfel üzrə göstərici 94,3%) nəzərdə tutulur. Eyni zamanda, faiz dərəcəsi riskinin məqbul həddə saxlanılması üçün dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payının 56 %-i keçməməsi (mövcud portfel üzrə göstərici 49,7 %) hədəflənir.

Həmçinin yerli maliyyə bazarlarının inkişafının dəstəklənməsi də əsas strateji məqsdələrdəndir. Bu istiqamətdə Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə təkrar bazarın formalaşdırılması üçün zəruri tədbirlər həyata keçirilərək, emissiya prospektlərinin bazar tələbləri və investorların maraqları nəzərə alınmaqla hazırlanması təmin olunacaq".


(c) Marja