USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Crocs"un bazarı niyə ölüb?

25.08.2018 İqtisadiyyat
0 0
2018-ci ilin ikinci kvartalının nəticələrinə əsasən, "Crocs"un gəlirləri 44% azalıb.

"Kommersant.az" xəbər verir ki, məşhur rezin tərliklər istehsalçısı olan şirkətin şəxsi fabriklərini bağlayacağı bildirilir. Crocsun vitse-prezidenti və baş maliyyə direktoru isə istefaya göndərilib.

"Crocs"un yaranmasının maraqlı tarixçəsi var. 2002-ci ildə Koloradodan olan 3 su idmanı həvəskarı sürüşməyən, rahat və göyərtədə iz qoymayan ayaqqabı istehsal etməyə qərar verir. Lakin dostlar həmin ayaqqabını ərsəyə gətirmək üçün rezin, silikon, parça və dərinin yararsız olduğu qənaətinə gəlirlər. Köpüklü qatran istehsalı ilə məşğul olan "Creations Foam" şirkətinə müraciət etməklə hazırki "Crocs"un əsasını qoyurlar.Tərliklərin ilk satışı isə Florida gəmiləri sərgisində keçirilir. İlk model timsah ağzına bənzədiyinə görə şirkət "Crocs" adlandırılır. 2007-ci ildə şirkət ayaqda döyənək yaratmayan 50 milyon cüt ayaqqabı satır. Trendə çevrilən və baha qiymətə satılan tərliklər tezliklə asiyalıların diqqətini çəkir. "Crocs" piratçılıqla mübarizədə 2010-cu ildə təkcə Filippin treyderlərindən saxta ayaqqabı və aksessuarları 70 milyon dollara alır. 2012-ci ildə 18 çinliyə saxta "Crocs" istehsalı ilə məşğul olduqlarına görə 46 il həbs cəzası verilir.

"Crocs" biznesinə güclü zərbəni isə 2008-ci il böhranı vurur. Nəticədə şirkət 200 milyon dollar dəyərində itkiyə məruz qalır.

Ümumilikdə son bir neçə il ərzində "Crocs" zərərləri ilə mübarizə aparmaqla məşğuldur. 2018-ci ilin sonuna kimi şirkətin 160 pərakəndə mağazasının bağlanması qərara alınıb. Menecerlər isə məsləhət görür ki, "Crocs" sosial şəbəkələrdə şirkətin istehsal etdiyi rezin tərliklərə lağ etməklə potensial müştəriləri uzaqlaşdıranlarla mübarizədə "Сome As You Are" (Özünüz olun) şüarı ilə fəaliyyət göstərən reklam şirkəti ilə əməkdaşlıq etsə, yaxşı olar.