USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bilik Fondu məscid, kilsə və sinaqoqa kitablar hədiyyə edib

26.08.2018 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu dini maarifləndirmə layihəsi çərçivəsində Zaqatala rayonunun Yuxarı Tala kənd məscidinə, Qəbələ rayonunun Nic qəsəbəsindəki Alban-Udi Xristian dini icmasının Dini-Mədəniyyət Mərkəzinə və Oğuz şəhərindəki “Yuxarı məhəllə” sinaqoquna səmavi dinlərin tarixinə, ölkəmizdə dövlət-din münasibətlərinə aid maarifləndirici kitablar hədiyyə edib.

"Kommersant.az" AZƏRTAC-ın bölgə müxbirinə istinadla xəbər verir ki, bu münasibətlə həmin rayonlarda keçirilən tədbirlərdə iştirak edən Bilik Fondunun sektor müdiri Hacı Abdulla 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev tərəfindən təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq, indiyədək 50-dən çox dini icmaya 2500-dək maarifləndirici kitabın hədiyyə olunduğunu diqqətə çatdırıb.
Yuxarı Tala kənd məscidinin imamı Səid Şabanov, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, "Cotari" alban kilsəsinin dini rəhbəri Rafiq Danakar, "Yuxarı məhəllə" sinaqoqu dini icmasının rəhbəri Teymur Natalinov və başqaları bu xeyirxah təşəbbüsə görə Bilik Fonduna təşəkkür ediblər.
Fondun sektor müdiri Hacı Abdulla AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb nəşr edilən 80 adda dini təyinatlı, müxtəlif dini və ictimai mövzuları əhatə edən bu kitablar içərisində "Heydər Əliyev: Tolerantlıq", "İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir", "Dini radikalizmlə mübarizə: İslamdan "müsəlmana" qədər", "Dövlət, din, cəmiyyət: müqayisəli təhlil", "İslam həmrəyliyi keçmişdən bu günə", "İşğal altındakı tarixi dini abidələrimiz", "Vəhdət naminə məzhəblərarası dialoq", "Dünyəvi dövlətdə dinin yeri", "Dini radikalizmlə mübarizədə vətəndaş cəmiyyətinin yeri və rolu" və digər adda kitablar xüsusi yer tutur.