USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məktəbli ləvazimatlarının satışı bu ünvanlarda həyata keçiriləcək

27.08.2018 İqtisadiyyat
0 0
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) hər il təşkil etdiyi məktəbli və ofis mallarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb.

BŞİH-nin Ticarət və Xidmət Departamentindən "Kommersant.az"a verilən məlumata görə, yarmarka çadırları əsasən metro stansiyalarının qarşısında quraşdırılıb.

Bildirilib ki, "Bakı Metropoliteni"inin Nəriman Nərimanov stansiyasının fərqli giriş-çıxışlarında 5 yarmarka çadırı var. Paytaxtın 10-a yaxın rayonunun ərazisində, eləcə də "28 May", "Memar Əcəmi","İnşaatçılar" və digər metro stansiyalarına yaxın ərazilərdə yarmarka çadırları fəaliyyət göstərir.

Yarmarka çadırlarında məktəbli üçün lazım olan bütün ləvazimatlar satılır.

Qeyd edək ki, yarmarka sentyabrın 25-nə kimi davam edəcək.