USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyi yaradılıb

27.08.2018 İqtisadiyyat
0 0
“Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyi yaradılıb.

"DAİR Hotellər və Restoranlar Assosiasiyası"nın sədri Samir Dübəndi bildirib ki, içtimai təşkilat Azərbaycanda qastroturizmın inkişafına təkan vermək ideyasını prioritet hesab edir.

"Qastroturizmin inkişafı üçün ölkədə bütün tələb olunan imkanlar var. Bunlar həm Azərbaycanın zəngin mətbəxi, həm xalqın qonaqpərvərliyi və bu turizm növünün kompleks inkişafı üçün tələb edilən digər turizm ehtiyatlarıdır. Ölkədə turizmin inkişafını qastronomiyasız təsəvvür etmək mümkün deyil. Biz əminik ki, qastroturizm digər turizm növlərini yaxın gələcəkdə bir sıra göstəricilər üzrə qabaqlayacaq." - Samir Dübəndi 21 Avqust, 2018-ci il tarixində Boulevard Hotelində keçirilmiş Azərbaycan Aşpazlarının İlk Konqresində çıxışında qeyd etmişdir.


(c) Marja