USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ilin ən yaxşı smartfonları məlum olub

27.08.2018 İqtisadiyyat
0 0
“Business Insider” nəşrinin ekspertləri 2018-ci ildə təqdim edilmiş 5 ən yaxşı smartfonun reytinqini tərtib edib. Nəşrin mütəxəssisləri keyfiyyətli kamera, OLED ekran, güclü “Qualcomm Snapdragon 845” prosessoru və 6 giqabaytlıq əməli yaddaşla təchiz edilmiş “OnePlus 6” qurğusunu cari ilin ən yaxşı smartfonu adlandırıb. Bu smartfon “Android”in xüsusi versiyası “Oxygen OS” platformasının idarəetməsi altında işləyir və sürətli enerjidoldurma akkumulyatoruna malikdir.

Ən yaxşı smartfonlar reytinqində ikinci yerdə "Samsung Galaxy Note 9" qurğusu gəlir. Bu smartfon güclü akkumulyator, keyfiyyətli kamera və 6,4 düymlük OLED displeylə təchiz edilib. Həmçinin qurğu 512 giqabaytadək daxili yaddaşa və populyar funksiyalar (barmaq izi skaneri, sifətin tanınması, simsiz enerjidoldurma və sukeçirməzlik) dəstinə malikdir. Bundan başqa, dəstə yenilənmiş "S Pen" stilusu daxildir.

"Samsung" şirkətinin "Galaxy S9" aparatı reytinqdə üçüncü yeri tutub. Qurğu güclü kamera, sürətli enerjidoldurma qurğusu, barmaq izi skaneri, simsiz akkumulyator, ürək ritminə nəzarət edən daxili monitor və böyük OLED ekranla təchiz olunub.

Ekspertlərin fikrincə, reytinqdə dördüncü yeri tutan "LG G7" smartfonu "iPhone X" aparatını xatırladır. Smartfon suya qarşı davamlıdır, keyfiyyətli kamera, əla dinamiklər və "Qualcomm Snapdragon 845" prosessoru ilə təchiz edilib.

"Motorola" şirkətinin 5,7 düymlük displey, sürətli enerjidoldurma qurğusu və yaxşı kamera ilə təchiz edilmiş "Moto G6" smartfonu ilk beşlikdə yer alıb. Bu cihaz yaxşı texnoloji xüsusiyyətlərdən başqa ən ucuz qurğulardan biri hesab olunur.

© Azərtac