USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bazarstore" yerini "Bravo"ya verdi - AÇIQLAMA

27.08.2018 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl "Bazarstore" supermarketlər şəbəkəsinin "28 Mall" ticarət mərkəzində yerləşən filialının bağlandığı haqqında məlumat yayılmışdı.

"Kommersant.az" xəbər verir ki, məlumata əsasən, artıq "Bazarstore"un ticarət mərkəzindəki filialında piştaxtaların yığışdırılmasına başlanılıb. Yaxın günlərdə isə "Bazarstore"un həmin filialı tamamilə boşaldılacaq. Səbəb kimi "Bazarstore" ilə "28 Mall" arasındakı müqavilənin müddətinin 1 sentyabr 2018-ci il tarixində başa çatması göstərilir. "Bazarstore"un "28 Mall"dakı yerini "BRAVO Supermarket"in tutacağı bildirilir.

Məsələyə aydınlıq gətirmək üçün "Bazarstore" MMC-nin PR və Marketinq meneceri Günay Novruzqızı ilə əlaqə saxladıq. Mağazalar şəbəkəsinin nümayəndəsi "Kommersant.az"a açıqlamasında bildirdi ki, yayılan informasiya doğrudur:

"Avqustun 31-dən etibarən "Bazarstore" supermarketlər şəbəkəsinin "28 Mall" ticarət mərkəzində yerləşən filialı fəaliyyətini dayandıracaq".

Qeyd edək ki, "Bazarstore" mağazalar şəbəkəsi "Azersun Holding" MMC-yə daxildir və 2011-ci ildən fəaliyyətə başlayıb.