USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İstifadəçilər "İnstaqram"da problemlərin yarandığını bildirir

28.08.2018 İqtisadiyyat
0 0
Rusiyanın, ABŞ-ın və Avropanın bəzi regionlarında "İntaqram"ın işində problemlər yaranıb.

"Kommersant.az"ın Trend-ə istinadən verdiyi məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Portalın məlumatına əsasən, istifadəçilərin şikayətlərinin 58 faizi xəbər lentinin yenilənməməsi, 24 faizi sosial şəbəkənin "web" versiyasında problemlərin olmağı, 17 faizi isə öz akkauntları ilə sosial şəbəkəyə daxil ola bilməmələri ilə bağlıdır.
Şikayətlərin əksəriyyəti ABŞ-ın şimal-şərq ştatları, Niderland, Böyük Britaniya, Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərindən daxil olub.