Aİ-95 və Aİ-98 markalı benzinin qiyməti qalxandan sonra avtomobillərə qaz avadanlıqları quraşdırmaq istəyənlərin sayı artıb.
"Kommersant.az" xəbər verir ki, bunu "Evroqaz" şirkətinin müdiri Emin Alışırov deyib. O, bildirib ki, benzin qiyməti qalxandan sonra avtomobillərinə qaz avadanlığı quraşdırmaq üçün müraciət edənlər çoxalıb: "Propan qazının bir litri 40 qəpikdir, Aİ-95 markalı benzin isə 1 manat 50 qəpikdir. Bu da hər il 2000 manata qənaət etmək üçün real imkandır".
E.Alışırov bildirib ki, "Euroqaz"ın quraşdırdığı avadanlıqlar İtaliya istehsalılıdr. "Avadanlıqların qiyməti silindr sayına görə dəyişir. 4 silindr üçün 1550 manat, 6 silindr üçün 1800 manat, 8 silindr üçün 2200 manat təşkil edir".