USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın hər ay 100 milyon dollara ehtiyacı olacaq

28.08.2018 İqtisadiyyat
0 0
Azərbaycanın xarici dövlət borcunun 2018-ci ildə nominal ifadədə artaraq 9,42 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır.

"Kommersant.az" hökumətə istinadən xəbər verir ki, bu artımın əsas səbəbi əvvəlki illərdə imzalanmış kredit müqavilələri üzrə nəzərdə tutulan vəsaiti cari tarixə kreditor qurumların tam ayırmaması və bu istiqamətdə 2018-ci ildə istifadə olunacaq vəsaitin həmin öhdəliklər üzrə həyata keçiriləcək ödənişlərə nisbətən daha çox olmasıdır.

Lakin mövcud (cəlb edilmiş) xarici dövlət borcunun 2019-cu ildə 9 milyard ABŞ dollarından 2025-ci ildə 3,8 milyard ABŞ dollarınadək azalacağı gözlənilir.

Qısası, 8 il ərzində Azərbaycanın xarici dövlət borcunun 5,62 milyard dollar azalacağı gözlənilir. Azərbaycanın bu borcu geri ödəməsi üçün aylıq orta hesabla 60 milyon dollara ehtiyacı olacaq.

2018-ci il 1 yanvar tarixinə dövlət təşkilatlarının dövlət zəmanəti ilə cəlb olunmuş borclarının ümumi məbləği 21 milyard 561,4 milyon manat təşkil etmişdir. Dövlət zəmanəti ilə cəlb olunmuş məcmu borcun 9 milyard 849,2 milyon manatı (5 milyard 793,3 milyon ABŞ dolları) və ya 45,7 faizi xarici borcun, 11 milyard 712,2 milyon manatı və ya 54,3 faizi isə daxili dövlət zəmanəti ilə cəlb olunmuş borcun payına düşür.

Eyni zamanda Azərbaycanın özəl sektorunun da xarici dövlət borcu mövcuddur. Bu borcların (dövlət, dövlət zəmanətli və özəl sektorun borcu) böyük bir hissəsinin 2025-ci ilədək qaytarılması üçün ortalama aylıq təxminən 80-100 milyon dollar tələb olunur.


  • Əvvəlki

    Lirə ucuzlaşmaqda davam edir - QİYMƏT

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0