"Kommersant.az" xəbər verir ki, Finlandiyaya məxsus "Nokia" şirkəti Avropa İnvestisiya bankından 500 milyon dollar kredit alıb. Şirkət açıqlamasında alınan borcun texnoloji yeniliklərə ayaq uydurmaq, 5G texnologiyasını tətbiq etmək məqsədi ilə istifadə olunacağını bildirib.
Qeyd edək ki, ötən ay "Nokia" şirkəti ABŞ-ın nəhəng telekommunikasiya şirkətlərindən olan "T-Mobile" ilə dünyanın ən bahalı, 3 milyard 500 milyon dollar dəyəri olan 5G müqaviləsi imzalayıb.