“Toyoto” “Uber”ə 500 milyon dollarlıq yatırım edib.
"Kommersant.az" xəbər verir ki, "Toyoto" onlayn taksi şirkəti olan "Uber"ə 500 milyon dollar yatırım edib.
Mətbuata verilən açıqlamada yatırımın məqsədinin 2021-ci ildə "Uber" istifadəçiləri üçün pilotsuz avtomobilləri istifadəyə vermək olduğu bildirilib. Taksi şirkətinin "Toyoto" ilə müqavilə bağlamasına səbəb isə "Uber"in bu layihə çərçivəsində bir dəfə uğursuzluqla qarşılaşmış olmasıdır. "Uber" rəsmiləri artıq belə bir layihəni tək başına işləmək istəmədiklərini bildiriblər.