"Kommersant.az" xəbər verir ki, ABŞ-ın keçmiş maliyyə naziri Lourens Sammers ictimaiyyətə açıqlama verib. O bildirib ki, büdcə təşfiqləri asılılıq yaradan dərman kimidir. Belə ki, onun sözlərinə görə, iqtisadiyyatın artım sürətini yüksəltmək üçün büdcə kəsrlərini mütəmadi olaraq artırmaq lazımdır.
Keçmiş nazirin bu sözləri ekspertlər arasında fikir ayrılığına səbəb olub. Belə ki, bir qrup bu üsulun ÜDM-ə mənfi təsir göstərəcəyini və ölkə iqtisadiyyatının fəlakətə sürüklənəcəyini, digər qrup isə siyasi aspektdən yanaşaraq sözügedən üsulun ABŞ iqtisadiyyatında heç vaxt böhrana gətirib çıxarmayacağını təkidlə müdafiə edir.