USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fermer istehsal etdiyi pambığı əllə toplamalıdır - MƏNTƏQƏ RƏHBƏRİ

28.08.2018 İqtisadiyyat
0 0
Pambıq yığımı başlayır

Fermer istehsal etdiyi pambığı əllə toplamalıdır. Bunu "Kommersant.az"-a açıqlamasında Salyan rayon Dövlət Sort-Sınaq Məntəqəsinin rəhbəri Balaeyvaz Hüseynov bildirib.

Onun sözlərinə görə, 15 hektar sahəsində pambıq əkilib və hazirda 1 hektar sahədə 19 sort sınaqdan keçirilir. Sınaqdan keçirilən sortlardan 16 sort Azərbaycan Elmi-Tədqiqat Pambiqçılıq İnstitutunun sortlarıdır, digər 3 sort isə Türkiyədən gətirilib.

Məntəqə rəhbəri artıq yaxın günlərdə ölkədə pambıq yığımının başlayacağını deyib: "Fermerlərə məsləhət görmək olar ki, onlar pambığı 2 dəfə sulayıblarsa, sonuncu suvarma işlərini də aparsınlar. Hər bir pambıq qozasının yetişkənliyi və çəkisinin artırılması üçün mütləq sonuncu suvarma həyata keçirilməli, sahə alaq otlarından təmizlənməli, həmçinin pambıq kollarıının ucları vurulmalıdır".

B.Hüseynov həmçinin qeyd edib ki, fermer öz məhsulunu kombaynla yığmağı planlaşdırırsa, gərək əvvəlcədən sahəsində hazirliq işləri aparsın. Əvvəlcə sahəyə baxış keçirilməlidir. Əgər pambıq qozalarının 50-60 faizi açılıbsa, onda kollar defilyasiya olunmalıdır. Yarpaqlar tam töküldükdən sonra yığıma başlamaq olar. Pambıq sahəsi kombaynla yığıma hazırlanmayıbsa, onda fermer istehsal etdiyi pambığı əllə toplamalıdır. Əllə yığılan pambıq sahəsinin defilyasiya olunması məqsədəuyğun sayılmır.

  • Əvvəlki

    "Lastoçka" ilə Bakıya 4,5 saata çatmaq olacaq - YENİ LAYİHƏ

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0