USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mütəxəssislər Tufandağda olublar

28.08.2018 İqtisadiyyat
0 0
Tufandağ buzlağını tədqiq etmək üçün ekspediya təşkil edilib

"Kommersant.az" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssislərinin iştirakı ilə Tufandağ buzlağını tədqiq etmək üçün ekspedisiya təşkil edilib. 3755 m yüksəklikdə aparılan tədqiqatlar nəticəsində buzlaq sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində olan çatların sayının və ölçüsünun artması, buzlaq dilinin hər keçən il geriyə çəkildiyi, buzlaq dilindən çıxan Mahmuddərə çayında suyun səviyyəsinin və sərfinin artdığı müəyyən olunub. Bu da buzlaqda gedən ərimə prosesinin intensivliyindən xəbər verir. Buzlağın parametrləri, koordinatı GPS və Lazer məsafə ölçəni ilə təyin edilib.

Qeyd edək ki, buzlaqlar şirin su ehtiyatı olmaqla yanaşı, qlobal iqlim dəyişmələrinin əsas indikatorudur və bu dəyişmələri əyani görmək üçün unikal obyektlərdir. İqlimdə baş verən istiləşmə və ya soyuqlaşma özünü buzlaqların sahəsinin dəyişilməsində çox tez biruzə verir.

Tufandağ buzlağı Tufan zirvəsindən şimal istiqamətdə yerləşir və ərazinin ən böyük buzlağı hesab olunur. Ərazidə yerləşən buzlaq ağırlıq kütləsinin təsiri ilə şimal istiqamətində hərəkətə meyillidir və çox halda asılı şəkildə dayanır.

2008-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Bazardüzü, Tufandağ, Şahdağ ekosisteminin kompleks hidrometeoroloji və ekoloji tədqiqi ilə bağlı tədbirlərin görülməsi barədə sərəncam verilib. Bundan sonra Tufandağ buzlağına ekspedisiyalar təşkil olunmağa başlanılıb.

  • Əvvəlki

    ABŞ-ın borcu necə gizlədilir?

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0