"Kommersant.az" xəbər verir ki, Böyük Britaniyanın baş naziri Teresa Mey ictimaiyyətə açıqlamasında bildirib ki, İngiltərə Avropa Birliyindən ayrıldıqdan sonra Afrikanın 6 ölkəsi ilə ticarət müqavilələri imzalayacaq.
Nazirin sözlərinə görə, müqavilələrə əsasən Britaniya hökuməti Afrika ölkələrinin iqtisadiyyatına 9 milyard manata qədər sərmayə yatıracaq.
Mey sonda bu yatırımın əslində bütün dünya ölkələrinin maraq dairəsini əhatə etdiyini, sözügedən regionun iqtisadi inkişafının mövcud problemlərin həllinə yönəlmiş addım ola biləcəyini əlavə edib. Ölkə rəsmisi sərmayə sayəsində minlərlə yeni iş yerinin açılacağını da vurğulayıb.