İsveçrənin qida şirkəti "Nestle" 7,1 milyard dollar ödəyərək "Starbucks" markalı qəhvə məhsullarını dünya üzrə yayım şəbəkəsinə daxil etdi.
İsviçrənin qida şirkəti "Nestle", "Starbucks"la əldə etdiyi 7,1 milyard dollarlıq razılaşmanın şərtlərini bəyan edib. Belə ki, "Nestle"dən verilən açıqlamada, şirkətin, sözü gedən "Starbucks" markalı qəhvə məhsullarının satma haqqına sahip olduğunu bəyan edib. Dünyanın ən böyük qida və içki şirkətlərindən olan "Nestle", müqaviləyə əsasən "Starbucks" məhsullarını dünya miqyasında paylama şəbəkəsinə daxil edəcək. Bundan əlavə, 500 "Starbucks" işçisi də "Nestle"də fəaliyyətini davam etdirəcək.