USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Tesla” bazardan çıxa bilər

29.08.2018 İqtisadiyyat
0 0
Elon Musk qərar qəbul edib.

"Kommersant.az" xəbər verir ki, elektrik mühərrikli avtomobil istehsalçısı "Tesla" şirkətinin rəhbəri Elon Musk 72 milyard dollar dəyərində şirkəti bazardan çıxarmaq qərarından imtina edib.

Bu qərarla, bu gün səhər şirkət hissələrinin dəyəri 5,5% düşüb. Qeyd edək ki, şirkət rəhbərinin "Tesla"nı bazardan çıxarmaq məqsədi ilə 7 avqust tarixindən etibarən başlatdığı əməliyyatlar investorların və tənzimləyici qurumların təəccübünə səbəb olmuşdu. Hətta bəziləri Muskın bu addımını batmaqda olan şirkətin səhmlərinin dəyərini qaldırmaq üçün atılmış addım hesab edirdi.