Yalnız ailə başçısının və həyat yoldaşının gəlirinə baxılacaq.
"Kommersant.az" xəbər verir ki, Türkiyədə sosial yardımların verilməsində yeni qayda tətbiq olunacaq. Belə ki, artıq yaşlıların aylıq yardımlarında ailə fərdlərinin gəlirlərinə baxılmayacaq. Yalnız ailə başçısının və həyat yoldaşının gəliri nəzərdən keçiriləcək.
Daha dəqiq desək, yaşlı aylığı gəliri tələb edən şəxsin və həyat yoldaşının gəliri minimum əmək haqqının 1/3-dən az olarsa, həmin şəxsə yardım bağlanacaq.
Sosial yardım alanlar müvafiq iş yerlərinə yönləndiriləcək. Fiziki qüsurlu şəxslərin yardımları isə ailə fərdlərinin orta aylıq gəlirinə əsasən formalaşdırılacaq.