"Kommersant.az" xəbər verir ki, OPEK-in neft ixracından əldə etdiyi gəlir ötən illə müqayisədə 28,6% artaraq 567 milyard dollar olub. Belə ki, "Brent" markalı neftin 2017-ci ildə qiyməti 54,15 dollar təsbit edilib.
Ekspertlər bu nəticəyə əsasən, OPEK-in cari ilin sonu üçün gəlirlərinin 736 milyard dollar, gələn il isə 719 milyard dollar olacağını proqnozlaşdırır.
Qeyd edək ki, OPEK ölkələri arasında birliyin ən böyük istehsalçısı olan Səudiyyə Ərəbistanı ən çox gəlir əldə edən ölkə olub. Belə ki, ölkənin neftdən götürdüyü gəlirin məbləği 167 milyard dollar civarındadır.