USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Rublla bağlı mövqeyim nikbin deyil" - EKSPERT ŞƏRHİ

30.08.2018 İqtisadiyyat
0 0
Rusiya Prezidenti Vladimir Putinin pensiya dəyişiklikləri ilə bağlı çıxışı zamanı rublun dollar və avroya nisbətdə məzənnəsi müvafiq olaraq 20 və 40 qəpik artıb.

"Kommersant.az"xəbər verir ki, dünən dövlət başçısının çıxışının əvvəlində dollar rubla qarşı 24, avro isə 13 qəpik bahalaşmışdı.

"Hazırda rublun dəyər itkisi davam edir".

Bunu redaksiyamıza açıqlamasında iqtisadçı ekspert Cəfər İbrahimli deyib. Onun sözlərinə görə, Rusiya milli valyutası bu gün səhər saatlarından etibarən dəyər itirir:

"Ola bilsin ki, Vladimir Putinin çıxışı vaxtında rubl dəyər qazanıb. Hazırda dollar rubla qarşı 24 qəpik bahalaşıb. Rusiyada pensiya yaşlarının 60-a çəkilməsi və pensiyaların artırılması müzakirə mövzusudur. Bu isə dövlət büdcəsi xərclərinin artması deməkdir. Rezervlər hesabına pensiyaların artırılması rublun dəyər itkisini sürətləndirə bilər. Rublla bağlı mövqeyim elə də nikbin deyil. Rusiya milli valyutası dəyər itirsə də, Rusiyanın valyuta, qızıl rezervləri, enerjiyə bağlı resurs rezervləri iqtisadiyyatı normal vəziyyətdə saxlamağa imkan verir. Lakin Rusiyaya yeni sanksiyaların tətbiqi nəticəsində neft-qaz şirkətlərinə məhdudiyyətlərin iqtisadiyyata mənfi təsiri əlbəttə ki, qaçılmaz olacaq. Rusiya maliyyə naziri Anton Siluanov (eyni zamanda Mərkəzi Bank) dollar rubl kursunun 65 səviyyəsində olmasının tərəfdarı olduğunu bəyan ediblər. Yerli sənayeni inkişaf etdirmək prioritet seçilib, ona görə də rublun çox dəyər qazanmasında hökumətin özü də maraqlı deyil".

  • Əvvəlki

    Özəlləşdirmədən büdcəyə ödənilməmiş vəsait qalıqları artıb - HESABAT

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0