"Kommersant.az" xəbər verir ki, Dünya Turizm Təşkilatı Yaxın Şərqlə bağlı hesabat yayıb. Hesabata görə, ötən il Yaxın Şərq 58,1 milyon nəfər qonaq qəbul edib. Bu rəqəm 2016-cı illə müqayisədə 4,6% çoxdur.
Qeyd edək ki, 2017-ci ildə Dubayda turizmdən əldə edilən gəlirin məbləği 21,1 milyard dollardır. Bu isə o deməkdir ki, Dubay ümumilikdə Yaxın Şərqin turizmdən əldə etdiyi gəlirin 1/3-nə sahibdir.