"Rusiyadan gələn turistlər həmişə olduğu kimi ilk pillələrdə yer alır"
"Kommersant.az" xəbər verir ki, bunu Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi deyib. Onun sözlərinə görə, bir vaxtlar Azərbaycana gələn turistlərin əksəriyyətini ərəblər təşkil edirdisə, artıq bu yaydan turistlərin coğrafiyası dəyişib:
"Əvvəlki illərdə Azərbaycana turist kimi ən çox ərəblər gəlirdilər. Təbii ki, Rusiya bu il də həmişə olduğu kimi ön pillələrdə durur. Bu ildən Azərbaycana gələn turistlər arasında çinli, hindistanlı və pakistanlılara da çox rast gəlmək olur. Hətta Avropalı turistlər də gözə dəyir ki, bu da çox gözəl haldır."