USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"LUKoyl" neft şirkətinin gəliri bu ilin birinci yarısında 1,4 dəfə artıb

29.08.2018 İqtisadiyyat
0 0
Rusiyanın "LUKoyl" neft şirkətinin hesabatında bildirilir ki, şirkətin təmiz gəliri 2018-ci ilin birinci yarısında artaraq 276,4 milyard rubl təşkil edib. Bu isə 2017-ci ilin birinci yarısının gəlirləri ilə müqayisədə 37,5% çoxdur.

"Kommersant.az" rus mətbuatına istinadən bildirir ki, 2018-ci ilin 2-ci rübündə bu göstərici 167,3 milyard rubl təşkil edirdi. Bu isə 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 53,4% çoxdur.

"Təmiz gəlirin dinamikasına kurs fərqinin etibarlı effekti, həmçinin də 2017-ci ilin 2-ci rübündə həyata keçən АО "Архангельскгеолдобыча"nın hissələrinin satılması böyük təsir göstərib. Qeyd olunan amillər 2017-ci ilin birinci rübü ilə müqayisədə təmiz gəlirin 47.4% və 35,6% artmasına səbəb olub", - deyə "LUKoyl"ın hesabatında bildirilir.

2018-ci ilin 1-ci rübündə satış gəlirləri 32,1% artaraq 3,687 trilyon rubl təşkil edib. Həmçinin də 2018-ci ilin 2-ci rübündə satış gəlirləri artaraq 2,056 trilyon rubla çatıb ki, bu da 2018-ci ilin 1-cü rübü ilə müqayisədə 26,1% çox edir.

"Satış gəlirlərinin artması əsasən karbohidrogenlərin qiymətinin artması, neft ticarəti həcminin artması, rublun ABŞ dolları və avroya nisbətən dəyərdən düşməsi, həmçinin də təbii qaz satışı həcminin artması ilə əlaqədardır. Gəlir artımını, xaricə satılan neft məhsullarının topdan satışının azalması məhdudlaşdırsa da, . nəticədə neft məhsullarının daxili bazarda həyata keçirilən satış həcmini artdı"- deyə şirkətdən bildirilib.

2018-ci ilin 1-ci yarısında olan kapital xərclər 226,8 milyard rubl təşkil edib ki, bu da 2017-ci ilin birinci yarısı ilə müqayisədə 11,0% aşağıdır.

Qeyd edək ki, "LUKoyl"un idarəedici paketi şirkətin rəhbərliyində, kompaniyanın prezidenti Vaqif Ələkpərov və vitse prezident Leonid Fedunun əlində cəmləşib.