USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

12 min insan xaricdə işlə təmin olundu

29.08.2018 İqtisadiyyat
0 0
İŞKUR, bu ilin yanvar-iyul aylarında 12 min 851 nəfərin Türkiyə hüdudlarından kənarda işlə təmin olunmasına vasitəşilik edib.

"Kommersant.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşğulluğun artırılması, işsizlərin peşə ixtisaslarının artırılması, işsizliyin azaldılması məqsədilə İŞKUR vasitəçiliyə davam etməyi planlaşdırır. Bu ilin yanvar-iyun ayları arası ölkə daxilində ümumilikdə 570 min 910 nəfərin iş tapmasına vəsilə olan təşkilat, xaricdə işləmək istəyənlər üçün də vasitəçidir.

Belə ki, bu ilin 1-ci yarısında Əlcəzairə 1704, Rusiyaya 1583, Səudiyyə Ərəbistanına 1551, Küveytə 942, Almaniyaya 850 və Qətərə 613 işçi göndərildi.

Bir vaxtlar türkiyəli işçilər üçün əsas ölkələrdən biri olan Liviya daxili münaqişələr səbəbindən hal-hazırda cazibəsini itirib. Belə ki, bu ilin ilk yeddi ayında Liviyaya cəmi 5 işçi yola salınıb.

Ölkə xaricinə göndərilən işçilər əsasən inşaat sktorunda çalışmağa üstünlük verirlər.