USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sığorta vasitəçiliyi üzrə keçirilən attestasiyanın nəticələri açıqlanıb

29.08.2018 İqtisadiyyat
0 0
Sığorta vasitəçiliyi üzrə keçirilmiş attestasiyanın nəticələri açıqlanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından "Kommersant.az"a bildiriblər ki, attestasiyada iştirak edən namizədlərdən 4 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.
Qeyd edək ki, "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi" Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.