Dünya birjalarında Brent markalı neftin qiyməti bahalaşıb.
"Kommersant.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,15 dollar və ya 0,22% bahalaşaraq 69,66 dollar olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri də 0,14 dollar və ya 0,18% yüksələrək 77,28 dollar olub.