Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin sahil zolağında reydlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Kommersant.az"-a Reyd zamanı Sabunçu rayonu Pirşağı qəsəbəsinin dəniz sahilində yerləşən "Günəş", "Palma" çimərliklərində və Mehdiabad-Pirşağı yolunun sol hissəsində fəaliyyət göstərən kafenin yaxınlığında tullantıların qalaqlandığı və qanunvericiliyə uyğun qaydada idarə olunmadığı məlum olub.
Faktlarla bağlı obyekt sahibləri Füzuli Mehtiyev, Elvin Həsənov və Hüseyn Süleymanov barəsində protokollar tərtib edilib və onlar İnzibati Xətalar Məcəlləsinə əsasən ümümilikdə 2400 manat məbləğində cərimə olunublar. Nöqsanların aradan qaldırılması məqsədilə qanun pozucularına icrası məcburi olan müddətli "məcburi göstəriş"lər verilib.